Uşaqların “Sim-Sim Lələ”si: Zeynəb Xanlarova məni saxlayıb dedi ki, "fikirləşmə ki, deputatam, amma..."
"O vaxt rəhmətlik Hüseynağa Atakişiyev məni Gənclər Teatrına qəbul etmişdi. Verilişlərə obraz lazım olanda gəlib-gedirdim. Hiss edirdim ki, redaksiyanın qonorar verməyə pulu yoxdur. Heç nə tələb etmirdim, obrazları böyük məhəbbətlə oynayırdım. 15 il fəaliyyətim davam etdi. Həmin ərəfədə mən "Şirinbacı" nənə, "Göygöz kosa", və s. rollar oynadım. "Uşaq verilişlərinə yeniliyi kim gətirdi? Əlbəttə ki, mən. Mən öz ağlımın, beynimin təxəyyülü ilə texnologiyanın olmayan vaxtında uşaqları maarifləndirdib, nağıllara, şeirlərə məhəbbətlərini artırdım. "Sim-Sim Lələ" obrazı ağlıma gəldi. İndi də onun çörəyini yeyirəm. Onun papağından tutmuş geyimlərini, sehrli durbinini özüm fikirləşmişdim. Redaksiya qəbul etdi, nağıllar yazıldı. Hər verilişin axırında "göydən üç alma düşdü" deyirdim, uşaqları sevindirirdim".
meqale.com xəbər verir ki. bunu "Moderator.az"a açıqlamasında bir zamanlar ən məşhur uşaq verilişi, "Sehrli güzgü" proqramının "Sim-Sim Lələ"si, tanınmış aktyor Adışirin Bağırov deyib.
O daha sonra əlavə edib: