Vaxtı keçmiş yumurtaların son istifadə tarixini silən satıcı kameraya düşdü - VİDEO

Türkiyənin bazarlarından birində satıcının yumurtaların üzərindəki son istifadə tarixini bıçaqla silməsi kameraya düşüb.

meqale.com haberler-ə istinadla bildirir ki, o anları yaxınlıqdan keçənlərdən biri telefonla lentə alıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb və qida təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Hadisə bu sahə üzrə nəzarətin zəifliyini üzə çıxarıb.

Sosial mediada paylaşılan şərhlərdə insanlar sərt reaksiya veriblər. Bəziləri "Heç Allah qorxunuz yoxdur?", digərləri isə "Pazardan yumurta almayın, yumurta soyuducuda saxlanmalıdır" yazıblar.