“Venesiya”dakı zəhərlənmənin səbəbi bilindi - Buna görə olub

Xəbər verdiyimiz kimi, Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

“Venesiya”dakı zəhərlənmənin səbəbi bilindi - Buna görə olub
Xəbər verdiyimiz kimi, Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

meqale.com-ın məlumatına görə, məclisdə 51 nəfər zəhərlənib.

Zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağrılıb.

Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatıdırılıb.

Toyda olan qonaqlardan biri meqale.com-a açıqlamasında bildirib ki, zəhərlənənlər paytaxt salatından yeyən şəxslər olub.

"Dünən restorana 6-7 təcili yardım gəlmişdi. Toyda 500-dən çox qonaq olub, 200-ə yaxın adamın halı pisləşib. Musiqiçilərdən də zəhərlənən var idi". 

Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.