Vətəndaşların 200 min manatını ələ keçirdi

Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.

Vətəndaşların 200 min manatını ələ keçirdi
Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.

meqale.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.

Bildirilib ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.