Veteran futbol hakimi vəfat etdi - FOTOlar
Əslən Gəncədən olan beynəlxalq dərəcəli hakim, məşqçi-müəllim Novil İsmayılov vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, ürək tutmasından ölüb.
Qeyd edək ki, Novil İsmayılov 1952-ci ildə anadan olub.
O, ümumittifaq dərəcəli veteran futbol hakimi olub. SSRİ çempionatında "Dəri top" mükafatına layiq görülüb.