Virts və yoldaşları “Alov qüllələri”nin önündə

"Bayer" Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la bugünkü oyunu ərəfəsində sosial şəbəkələrdə paylaşım edib.

Virts və yoldaşları “Alov qüllələri”nin önündə
"Bayer" Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la bugünkü oyunu ərəfəsində sosial şəbəkələrdə paylaşım edib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, almaniyalıların "Oyun günü" paylaşımı xüsusi hazırlanan foto ilə diqqət çəkir.

Bakıdakı "Alov qüllələri"nin önündə dayanan "Bayer"in avtobusunun üç sərnişini şəhərə düşüb. Superistedad Florian və iki komanda yoldaşı şəhərin gözəlliklərini gözdən keçirir.

Qüllələri "Qarabağ"la "Bayer"in bayraqları asılan iplər birləşdirib. Leverkuzen təmsilçisinin avtobusunun üzərində "Avropa miqyasında" və "Sadəcə insan" ifadələri, həmçinin klubun ləqəbi olan "11 fəhlə" yazısı yer alıb.