Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun Gəncə Dövlət filarmoniyasında konserti baş tutdu - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun konserti baş tutdu. Böyük coşqu və anşlaqla keçən konsert proqramını "Qarabağ" ansamblı müşayiət etdi.

Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun konserti baş tutdu. Böyük coşqu və anşlaqla keçən konsert proqramını "Qarabağ" ansamblı müşayiət etdi.

Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdər artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılandı. 

Sonda Mənsum İbrahimov gəncəlilərə təşəkkür edərək Gəncənin muğam sənətinə dəyər verən şəhər olduğunu vurğuladı. 

Konsert proqramında, həmçinin Xalq artistinin öz yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova çıxış etdilər.

Sonda Mənsum İbrahimov torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi "Zəfər"  mahnısını tamaşaçılar ayaq üstə alqışladılar.