Xankəndi, Ağdərə və Əsgəranın keçmiş qondarma "merləri" Ermənistanda tutuldu
Qarabağ separatçıları Ermənistanda həbs olunub.
meqale.com APA-ya istinadən bildirir ki, Xankəndi, Ağdərə və Əsgəranın keçmiş qondarma "merləri" Ermənistanda tutulub.
Xankəndinin keçmiş "mer"i David Sarkisyan və Ağdərənin keçmiş "mer"i Mişa Qürdcan korrupsiya əməllərində ittiham olunurlar.
Onlar dələduzluqda və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.