Xarkovda yaşayış binası vuruldu: 8 ölü, 62 yaralı

Bu gün səhər saatlarında Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi raket hücumu olub.

Xarkovda yaşayış binası vuruldu: 8 ölü, 62 yaralı
Bu gün səhər saatlarında Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi raket hücumu olub.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum edilib. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb.

Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb.

Eyni zamanda, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb.

***

Xarkova edilən raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

"Ölənlərin sayı 8-ə çatıb. Hündür mərtəbəli yaşayış binasının qalıqları altından bir uşağın cəsədi çıxarılıb", - Terexov əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın yanvarın 23-də hava hücumu nəticəsində yaralananların sayı 62 nəfərə çatıb.

Xilasetmə işləri davam etdirilir, dağıntılar altında hələ də insanların olduğu güman edilir.