Xavinin yerinə onunla razılaşdılar - FOTO
"Barselona"nın yeni çalışdırıcısı məlum olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, Kataloniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib.
Klubun məşqçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayacağı vurğulanıb.
Xatırladaq ki, "Barselona" ötən gün Xavi ilə yollarının ayrıldığını açıqlamışdı.