Xəstəxananın həyətindən 33-36 həftəlik döl tapıldı - prokurorluq araşdırma aparır - YENİLƏNİB
18:55 Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
meqale.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
------------ 18:21
Prokurorluq Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyitinin tapılması faktını araşdırır.
Bu barədə meqale.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
----------- 17:35 Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.
meqale.com APA-ya istinadən bildirir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.
Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.