Xətaidə obyekt və ev YANIR
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
meqale.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Bakının Xətai rayonu N.Tusi küçəsində obyektdə yanğın hadisəsi baş verib və alov yaxınlıqdakı yaşayış evinə keçib.
Hazırda yanğnla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.