Xəzər rayonunda silahlı şəxs saxlanıldı
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.
meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.