XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, kamera musiqisi axşamında Vurğun Vəkilov (piano), Ümidə Abasova (violin), Nərgiz Əliyeva (fleyta), Zərif Kərimova (piano), Boris Paşkin (akkordeon), Eldar İsababayev (kontrabas), Yusif Əlizadə (zərb aləti), Zərrin Əliyeva (violin), Nərgiz Kəngərli (piano) və Aytac Şıxəlizadə (mezzo soprano) maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Tofiq Quliyevin "Arzular", Fikrət Əmirovun "Gecə keçdi", V.Saparovun "Alla tanqo", F.Şopenin "Grande valse billiante", "20 nömrəli Noktün", F.Listin "İspan rapsodiyası", R.Gallianonun "Klod üçün tango" və digər bəstəkarların əsərləri səsləndirilib.