Yasamalda tonqala düşənlərin vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO
Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
--------
10:37
Yel çərşənbəsində tonqaldan tullanan azyaşlılar toqquşaraq alova yıxılıblar.
meqale.com bildirir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə Bakının Yasamal rayonundakı məhəllələrin birində baş verib.
Qalanan tonqalda iki azyaşlı toqquşaraq xəsarət alıb.
Həmin görüntüləri təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun