Yeni taksi tələbləri metroda qatarların artırılmasına səbəb olub? - RƏSMİ AÇIQLAMA

Ötən ayın 1-dən etibarən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilmir. Bu tələbələr səbəbindən taksi qiymətlərində artım müşahidə edilir. Sözügedən artıma görə ictimai nəqliyyatda sıxlıq olması qaçılmazdır.

Bəs əhalinin ən çox istifadə etdiyi Bakı Metropolitenində sıxlığın qarşısının alınması üçün hansı tədbirlər görülüb?

meqale.com xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Trend-in sualını cavablandırıb.

O bildirib ki, "Bakı Metropoliteni"ndə sərnişin axını, onun istiqamətləri şəhərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlıdır:

"Yay mövsümünün özünəməxsus xüsusiyyətləri sərnişin axınının istiqamətlərinin dəyişməsinə təsir edir. Verilmiş qərarlar nəzərə alınmaqla, müntəzəm monitorinqlər aparılır. Yay dövrünün hərəkət qrafikinin əsas üstün cəhətlərindən biri odur ki, "Bakı Metropoliteni"ndə nisbətən seyrək adlandırdığımız hərəkət qrafiki çərçivəsində ehtiyat qatarlardan səmərəli istifadə etmək imkanları olur. Hər gün ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılır. Hərəkət cədvəlinə uyğun olaraq ehtiyat qatarların depoda saxlanması və onların xəttə buraxılması təmin olunur.

Səhər saat 7:00-dan axşam saat 21:00-a qədər "28 May" - "Həzi Aslanov" stansiyaları istiqamətində iki dəqiqə yarım interval olsa da, bəzən qatarların iki dəqiqə ərzində gəldiyi də olur. Bu isə o deməkdir ki, həmin ehtiyat qatarlar xətdədir. Ümumi götürdükdə "Bakı Metropoliteni"ndə plandankənar sərnişin axını hiss olunmur. Bu da yay dövrünün xüsusiyyətlərindən irəli gəlir", - deyə o əlavə edib.