Yeniyetmələr arasında bədii gimnastika üzrə qaliblər müəyyənləşdi
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yeniyetmə (2011-ci il təvəllüdlü) idmançılar arasında 29-cu Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, qaliblər və mükafatçılar dörd növ - lent, halqa, gürz və topla hərəkətlər üzrə müəyyən edilir.
Halqa ilə hərəkətdə Azadə Atakişiyeva qızıl, Maya Kozaçuk gümüş, Nur Sadıqova isə bürünc medal qazanıb.
Top proqramında fəxri kürsünün ən yüksək pilləsinə Azadə Atakişiyeva, ikinci yeri Maya Kozaçuk, üçüncü yeri isə Alina Kolesnikova tutub.
Gürzlərlə hərəkətdə Maya Kozaçuk birinci, Yelizaveta Yefremova ikinci, Azadə Atakişiyeva üçüncü yeri tutub.
Maya Kozaçuk lent proqramına görə qızıl, Azad Atakişiyeva gümüş, Yelizaveta Yefremova isə bürünc medal qazanıb.
Maya Kozaçuk, Azadə Atakişiyeva, Alina Kolesnikova "Ocaq" İdman klubunun, Yelizaveta Efremova Gimnastika üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinin, Nur Sadıqova isə Respublika İnteqrasiya İdman Məktəbinin yetirmələridir.