Zaqatalada hamamda kişi meyiti tapıldı

Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.

Zaqatalada hamamda kişi meyiti tapıldı
Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 07 radələrində Zaqatala şəhəri ərazisində baş verib.

1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib. R.Qurbanovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun