Zaurun verilişinin yayımı dayandırıldı
"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
meqale.com xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.
Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.
Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev telefon zənglərinə cavab verməyib.