Zəlzələ ilə bağlı AÇIQLAMA: “Bu bölgədə davam edəcək…”
Egey dənizində, İzmirin Menderes rayonunda baş verən 5,1 bal gücündə zəlzələ əhali arasında narahatlıq yaradıb.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə danışan türkiyəli mütəxəssis Övgün Ahmet Ercan afterşokların hələ 2 həftə davam edəcəyini bildirib.
"Kuşadası Pamucak körfəzinin şimalında saat 08.19-da 5,1 bal gücündə zəlzələ baş verdi. Bunun əsas zəlzələ olduğu qənaətindəyəm. Afterşoklar isə 2 həftə davam edəcək. 1-2 gün ərzində 4 bal gücündə ikinci təkan gələ bilər. Bu bölgədə bu böyüklükdə zəlzələ dağıdıcı deyil", - deyə o qeyd edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun