ABŞ-də dünyanın ən güclü kompüteri işə salındı

ABŞ-nin Kaliforniya ştatının Lourens Livermor adına milli laboratoriyası dünyanın ən güclü superkompüterini rəsmi olaraq işə salıb."El Capitan" adını daşıyan layihənin maliyyələşməsinə 600 milyon dollar sərf olunub.

meqale.com Trend-ə istinadən xəbər verir ki,  "El Capitan" ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqədar bir sıra vacib tapşırıqların yerinə yetirilməsində, o cümlədən, 1992-ci ildə tətbiq olunan yeraltı sınaq qadağası şəraitində ABŞ-nin nüvə silahları arsenalının təhlükəsizliyinin təmin edilməsində istifadə olunacaq.

Əsas tədqiqat sahələrinə materialşünaslıq, yüksək enerji sıxlığı fizikası, nüvə məlumatları, silah sistemlərinin hazırlanması və digər məxfi tapşırıqlar daxildir.