ABŞ Yəmənə yenidən zərbə endirib

Amerika hərbçiləri Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini hədəfə alıblar.

ABŞ Yəmənə yenidən zərbə endirib
Amerika hərbçiləri Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini hədəfə alıblar.

meqale.com APA-ya istinadən bildirir ki,  bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Yanvarın 27-də, Səna vaxtı ilə təxminən saat 03:45-də CENTCOM qüvvələri Qırmızı dənizə doğru yönəlmiş və atəşə hazır olan Husilərin gəmi əleyhinə raketini vurub", - komandanlığın mətbuat ofisi X hesabında bildirib.

CENTCOM-un məlumatına görə, ABŞ ordusu hədəfin "bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaratdığını" hesab edir.