Abşeronda itən məktəbli qızlar Kürdəmirdə tapıldı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

12:07 Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.

meqale.com xəbər verir ki, bu barədə oxuya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.

--------- 10:35 Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.

meqale.com lente istinadən bildirir ki, məktəbli qızlar Kürdəmirdə nənəsigilin evində tapılıblar.

------- 06:10 Abşeronda 2 məktəbli qız itkin düşüb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri - Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.