Aeroport yolunda “Aero ekspress" avtobusu evakuatorla toqquşdu - yenilənib
08:15
Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.
APA xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.
-----------
00:22
Aeroport yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
APA xəbər verir ki, ilkin məlumata görə "Aero ekspress" avtobusu evakuatorla toqquşub.
------------ 23:49 Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə meqale.com-a NİİM-dən məlumat veilib.
Qeyd edilib ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.