Afflek Kennedilər sülaləsinin nümayəndəsi ilə sevgilidir

Məşhur müğənni Cennifer Lopeslə boşanma ərəfəsində olan aktyor Ben Afflekin adı yeni xanımla hallanmağa başlayıb. 

Afflek Kennedilər sülaləsinin nümayəndəsi ilə sevgilidir
Məşhur müğənni Cennifer Lopeslə boşanma ərəfəsində olan aktyor Ben Afflekin adı yeni xanımla hallanmağa başlayıb. 

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Page Six" adını gizli saxlayan şəxs açıqlama verib. İddiaya görə, aktyor məşhur Kennedilər sülaləsinin nümayəndəsi, 36 yaşlı Kik Kennedi ilə tez-tez vaxt keçirir.

Cütlük dəbdəbəli "The Beverly Hills" otelinin restoranında və ulduzların olduğu digər yerlərdə birlikdə görüntülənib. Onların münasibətlərinin nə yerdə olduğu açıqlanmır. Kik bu haqda suallara şərh verməkdən imtina edib. Afflekin nümayəndələri isə jurnalistlərin sorğularına hələ cavab verməyiblər.

Kennedi də aktrisalıq edir.

Qeyd edək ki, Kikin atası 1968-ci ildə öldürülən senator Bobbi Kennedinin oğlu Robert F. Kennedi kiçik ailə ənənələrini davam etdirir və siyasətlə məşğuldur. O, hətta 2024-cü il seçkilərində də namizədliyini irəli sürüb, lakin bir neçə gün əvvəl prezidentlik yarışından geri çəkilib. Kik "Həvəsni cilovla" və "Xəbərlər xidməti" kimi seriallarda epizodik rollarda, eləcə də "Qeybətçi qız"da çəkilib.