Ağdamda ağır qəza, sürücü öldü - FOTO

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Ağdamda ağır qəza, sürücü öldü - FOTO
Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.