Ağır xəstə olan Selin Dion 3 aydan sonra ilk dəfə - FOTOlar
Dünyaca məşhur kanadalı müğənni Selin Dion səhhətində yaranan problemlər fonunda üç aydan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, ifaçı Los-Ancelesdə keçirilən 66-cı "Qremmi" mükafatlandırma gecəsinə qatılıb.
Qeyd edək ki, müğənniyə 2022-ci ildə sərt əzələ sindromu qoyulub. Bu diaqnoz milyonda bir adamda rast gəlinir. Onun bacısı Klodetin sözlərinə görə, Selin ağrılı spazmlardan əziyyət çəkir və buna görə də hərəkətlərinə nəzarət etmir. O, 2024-cü ilin aprelinə qədər bütün çıxışlarını ləğv edib.