Aleksey Spirin 72 yaşında vəfat etdi

Rusiya Futbol İttifaqının Təftiş Komitəsinin keçmiş sədri və FİFA referisi Aleksey Spirin 72 yaşında vəfat edib.

Aleksey Spirin 72 yaşında vəfat etdi
Rusiya Futbol İttifaqının Təftiş Komitəsinin keçmiş sədri və FİFA referisi Aleksey Spirin 72 yaşında vəfat edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının saytında bildirilib.

Məlumata əsasən, A.Spirin bu il yanvarın 31-də dünyasını dəyişib, Rusiya Futbol İttifaqına hakimin ölümü barədə onun ailəsi məlumat verib.

A.Spirin Rusiya futbol tarixində ən gənc FİFA hakimidir. O, 50-dən çox beynəlxalq oyuna çıxıb. O, 1991-ci il UEFA kubokunun finalının ilk oyununun baş hakimi olub, 1990-cı il dünya çempionatı, 1992-ci il Avro və 1988-ci il Olimpiya Oyunlarının oyunlarında işləyib.