Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Almaniya Bundesliqasının 1-ci turunda "Volfsburq" - "Bavariya" matçı başa çatıb.

Almaniya Bundesliqası:
Almaniya Bundesliqasının 1-ci turunda "Volfsburq" - "Bavariya" matçı başa çatıb.

meqale.com oxuya istinadən xəbər verir ki, oyun Volfsburqdakı "Volkswagen Arena" stadionunda baş tutub.

Görüşün baş hakimi kimi Daniel Zibert çıxış edib.

19-cu dəqiqədə "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala hesabı açıb. 47-ci dəqiqədə "Volfsburq"un cavab qolunu yarımmüdafiəçi Lovro Mayer 11 metrlik zərbədən qola çevirib. 55-ci dəqiqədə Mayer dubla imza ataraq, komandasını önə çıxarıb. 65-ci dəqiqədə "Bavariya" hesabı bərabərləşdirib, 82-ci dəqiqədə isə Serj Qnabrinin qolu ilə qələbə qazanıb - 2:3.