Altay Bayandır İngiltərə klubunda debüt edəcək
Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubunda debüt edəcək.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, qolkiper "Nyuport Kaunti"yə qarşı keçirilən ölkə kubokunun 4-cü tur oyununa start heyətində başlayacaq.
O, "qırmızı-şeytanlar"da meydana çıxış edən ilk türkiyəli oyunçu olub.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.