Ana və iki övladını öldürərək ömürlük cəza alan müəllimdən xəbər var
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
meqale.com pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2022-ci ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə alınıb. Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu - 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.