“Apple” “Google”dan 20 milyard dollar aldı
2022-ci ildə "Google" öz eyniadlı məhsulunu "iPhone", "iPad" və "Mac"da Safari-də defolt axtarış sistemi etmək üçün "Apple"a 20 milyard dollar ödəyib.
meqale.com oxuya istinadən bildirir ki, ABŞ Ədliyyə Nazirliyi "Google"u internet axtarışında monopoliyada ittiham edib. İT nəhənginə qarşı iddia "Google"un Apple ilə sövdələşməsinə yönəlib. Keçən ilin noyabr ayında iş sənədlərində qeyd olunub ki, "Google" hər yenidən danışıqlarda "Safari" axtarış sistemindən əldə etdiyi gəlirin 36%-ni "Apple"a ödəyir. İndi məlum olub ki, sonuncu dəfə 2022-ci ildə əməliyyat məbləği 20 milyard dollar olub.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun