Apple iPhone Air – ən incə iPhone təqdim olundu - FOTO
"Apple" şirkəti yeni iPhone Air modelini təqdim edib. Cəmi 5,6 mm qalınlığı ilə bu cihaz şirkətin tarixində ən incə iPhone oldu.
meqale.com Trend-ə istinadən xəbər verir ki, smartfon "Apple"ın təqdimatında nümayiş etdirilib.
Korpusun 80%-i təkrar emal olunmuş titandan hazırlanıb. 6,5 düymlük Super Retina XDR displey ProMotion 120 Hz dəstəyi və 3000 nit parlaqlıqla gəlir.
Smartfon güclü A19 Pro çipi ilə işləyir, əlavə olaraq enerji səmərəliliyini artıran C1X və N1 çipləri ilə təchiz olunub. N1 Wi-Fi və Bluetooth modullarını birləşdirir.
Batareyanın tutumu açıqlanmasa da, "Apple" cihazın bir gün işlədiyini bildirir. Hətta yeni "hump case" (qalınlaşdırılmış çexol) də təqdim olunub.