Ardıcıl 2-ci dəfə ayın ən yaxşı oyunçusu seçildi
"Bavariya"da fevralın ən yaxşı futbolçusu müəyyənləşib.
meqale.com qol.az-a istinadən xəbər verir ki, Aleksandr Pavloviç ardıcıl 2-ci ay Münhen təmsilçisinin ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə 29 faiz səs toplayıb və Camal Musiala (18,5 faiz) və Harri Keyni (14 faiz) qabaqlayıb.
Qeyd edək ki, A.Pavloviç 2023-cü ildən "Bavariya"da oynayır.