Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

meqale.com oxuya istinadən Elçin Babayevin dosyesini təqdim edir:

Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub.

O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika, radioastronomiya ixtisaslarına yiyələnib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

E.Babayev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, ŞAR "Günəş və Günəş-Yer əlaqələrinin fizikası" şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA "Azərbaycan Astronomiya Jurnalı"nın baş redaktor müavini vəzifələrində fəaliyyət göstərib.

O, həmçinin 2009-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyətlə məşğul olub.