Arvadına xəyanət etdiyinə görə ona 52 min manat ödəyəcək - 3 ilin məhkəməsi bitdi - FOTO
Boşanmaq üçün ərizə ilə müraciət edən qadın məhkəməni udub.
meqale.com haberler-ə istinadla bildirir ki, Samsunda ( Türkiyə ) yaşayan qadın ərinin xəyanətini öyrəndikdə onu məhkəməyə verib.
Həm rəfiqəsi, həm də dayısı yoldaşı ilə xəyanətə uğrayan qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.
2021-ci ildə edilən müraciətlə bağlı son qərar ötən gün verilib. Qərarda qadına 1 milyon lirə ( 52 min manat ) təzminat ödənilməsi qeyd olunub.
Qeyd edək ki, məhkəmədə sübut kimi kişinin 326 gündə 828 dəfə telefonla danışması göstərilib.