Astarada "QAZ - 66" markalı yük maşını 14 yaşlı velosipedçini vurub

Astarada yol nəqliyyat hadisəsi baş verib.

Astarada
Astarada yol nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.

Hərəkətdə olan "QAZ - 66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.