Avro-2024 öncəsi Türkiyə yığmasında ciddi itki
Avro-2024-də F qrupunda Portuqaliya, Çexiya və Gürcüstanla mübarizə aparacaq Türkiyə millisinin heyətində ciddi itki üz verib.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Rəsmi məlumatda bildirilib ki, Milli Futbol Komandasında qapıçı Mert Günok və hücumçu İrfan Can Kahveci bugünkü məşqlərdə iştirak etməyib. Onların ehtiyat tədbiri olaraq məşqə qatılmadığı qeyd edilib.
Yayılan iddialara görə, İrfan Can Kahveci zədəlidir və Milli komandadan uzaqlaşdırılıb.