Superliqa klubu baş məşqçisini istefaya göndərdi
"İstanbulspor" baş məşqçisi Hakan Yakınla yolları ayırıb.
meqale.com qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, H.Yakın ötən ilin oktyabrından Superliqa təmsilçisini çalışdırırdı. Komanda ölkə çempionatında 7 xalla sonuncu-20-ci pillədə qərarlaşıb.