Avtomobili qaldıran kranın trosu qırıldı: Sürücü öldü

Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.

Avtomobili qaldıran kranın trosu qırıldı: Sürücü öldü
Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Sədrəddin Mirzəağa oğlu Quliyev idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb.

Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq üçün kran çağırıb.

Avtomobili hadisə yerindən qaldıran kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb. Nəticədə sürücü hadisə yerində ölüb.