Azərbaycan çempionatında dalaşan futbolçulara cəza
Azərbaycan çempionatının aşağı liqalarında təcavüzkar davranışa yol verən futbolçular cəzalandırılıblar.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
I Liqada XXVII turun "Difai Ağsu" ilə matçında "Zaqatala"nın futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyun cəzalanıb, klubunu 300 manat cəriməyə məruz qoyub.