"Azərbaycan İlham Əliyevin rəhbərliyi altında mühüm iqtisadi nəticələr əldə edib"
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm iqtisadi nəticələr əldə edib.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə qazaxıstanlı politoloq, mediakommunikasiyalar və "MUİT" SC-nin "Qazaxıstanın media kommunikasiyası və tarixi" kafedrasının professoru Saken Mukan deyib.
"Prezident İlham ƏIiyev vəzifəyə gələndən sonra Azərbaycan sürətlə dəyişən iqtisadi paradiqma dövründə mühüm iqtisadi nailiyyətlər əldə edib", - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə öz iqtisadiyyatını şaxələndirib və hazırda xammal asılılığından hazır məhsul istehsalına keçid edir.
"Azərbaycanın geoiqtisadi potensialı regionun digər ölkələri üçün çox cəlbedicidir. Azərbaycan bu gün regionda mal və xidmətlərin tranzitinin təmin edilməsi üzrə mühüm aktordur", - politoloq deyib.
Azərbaycanın son illər ərzindəki nailiyyətləri sırasında Saken Mukan ölkənin ərazi bütövlüyünün bərpasını qeyd edib.
"Əlbəttə ki, buna Prezident İlham Əliyevin düşünülmüş hərbi-siyasi strategiyası sayəsində nail olunub. Bu həm indiki, həm də gələcək nəsillərin yaddaşında həmişəlik qalacaq. Bu misilsiz nailiyyət Azərbaycan tarixi dərsliklərinə salınacaq", - o deyib.
Politoloq qeyd edib ki, Azərbaycanın regionda əvəzolunmaz iştirakçıya çevrilməsində Prezident İlham Əliyevin rolu birmənalı olaraq danılmazdır.
"Bu müddət ərzində Azərbaycan Qərblə Şərq arasında birləşdirici həlqəyə çevrildi, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti haqlı olaraq ölkənin tranzit potensialında maraqlı olan bütün tərəflərin maraqlarına cavab verir. Bundan başqa, Azərbaycan regionda infrastruktur layihələrini kifayət qədər uğurla icra etməklə böyük investisiya potensialına malikdir", - deyə ekspert əlavə edib.