Azərbaycan və Macarıstan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib.
meqale.com XİN-ə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq gündəliyinin iqtisadi, kənd təsərrüfatı, enerji və siyasi əməkdaşlıq kimi geniş spektrli məsələlərini nəzərdən keçiriblər.
Nazir Ceyhun Bayramov Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası səylərində iştirak etmək və dəstəkləmək üçün əhəmiyyətli potensialının olduğunu vurğulayıb.
--------
13:01
Bakıda Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir.
meqale.com XİN-ə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qarşılayıb.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun