Azərbaycanda azyaşlı çipsdən zəhərlənib öldü? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı araşdırmalar aparılır.

Azərbaycanda azyaşlı çipsdən zəhərlənib öldü? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı araşdırmalar aparılır.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.

Qeyd edilib ki, iyunun 9-u saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, T.Cavadzadə həmin gün saat 03:40 radələrində vəfat edib.

"Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı "Çips" məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb", - deyə məlumatda vurğulanıb.

--------

14:13 Azərbaycanda azyaşlının çipsdən zəhərlənərək ölməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama verilib.

meqale.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

---------- 12:19 Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq.