Azərbaycanda evdə partlayış - Yaralılar var

Şəkidə fərdi yaşayış evində partlayış olub.

Azərbaycanda evdə partlayış - Yaralılar var
Şəkidə fərdi yaşayış evində partlayış olub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndi ərazisində baş verib.

Partlayış zamanı 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı xəsarət alıblar.

Onlar 2-ci dərəcəli texniki yanıq diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.