Azərbaycanda güclü yanğın - bir ailənin 6 üzvü xəsarət aldı

Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.

Azərbaycanda güclü yanğın - bir ailənin 6 üzvü xəsarət aldı
Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.

meqale.com bildirir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.

Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədli Həmidə Heydər qızı, 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti ağırdır), 2013-cü il Məmmədova Nərmin Xalid qızı, 2015-ci il təvəllüdlü Məmmədov Nihad Xalid oğlu, 2022-ci il təvəllüdlü Məmmədov Riyad Xalid oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Ələddin Xalid oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.