Azərbaycanda "Halloween" bayramına maraq göstərənlərin sayı artıb: valideynlərə xəbərdarlıq
Hər il dünyanın müxtəlif ölkələrində oktyabrın 31-i "Halloween" bayramı qeyd olunur.
meqale.com oxuya istinadən xəbər verir ki, artıq Azərbaycanda da bu bayrama maraq göstərənlərin sayı kifayət qədərdir.
Elə buna görə də həmin şənlikdə istifadə edilən maska və aksesuarların satıldığı mağazalar fəaliyyət göstərir.
Bəs bu aksesuarların qiyməti neçəyədir və tələbat nə qədərdir?
"Məktəblərdə, bağçalarda bu bayramla əlaqədar tədbirlər keçirildiyinə görə kostyumlar daha çox satılır. 3-15 yaş aralığında bütün personajların kostyumu mövcudddur. Qiymətlər 30-35, maksimum 60 manat arasında dəyişir", - deyə satıcı bildirib.