“Azərbaycanda keçiriləcək seçkilər region üçün ciddi əhəmiyyət daşıyır”
"Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq".
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür.
"Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri həqiqətən də tarixi adlandırmaq olar", - Soso Mandzhavidze deyə fikrini yekunlaşdırıb.