Azərbaycanda toyda xoşagəlməz hadisə - Yaralı var
Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
meqale.com sfera.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə qanla bitib.
Bu zaman qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.
Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.