Azərbaycanda xəstəxananın direktoru işdən çıxarıldı
Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən azad edilib.
meqale.com Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Digər əmrlə, Zeynal Bayramlıya TƏBİB-də başqa vəzifə həvalə edilib.